Bəybala Hüseynovun sözü qurtarıb, aşığın özü kimi!

          Facebookda  özünü ağıllı, digərlərini axmaq hesab edən Bəybala Hüseynov başını salıb köl dibinə, fərə kimi qaqqıldayır. Xəbəri yox ki, arxası bayırdadır, hamı onu görur. Bütün kütləvi informasiya orqanlarına oğlunun xəstəlikdən ölümünü  qətl hadisəsi kimi göstərməyə, bununla da bəzi dövlət orqanlarının məsul işçilərinə böhtan, şər dolu əsassız iftiralar yağdıran avantürist Bəybala Hüseynov indidə başlayıb dövlət rəhbərinə dərs deməyə, ağıl öyrətməyə. Əslində bu dərsə, ağıla onun özünün ehtiyacı var. Çünki, Bəybala Hüseynov bəzi sayt və qəzetlərdə oğlu Emin Hüseynovun xəstəlikdən ölümünü qətl kimi göstərməklə, bu məsələ ətrafında əsl şou düzəldir, özünü siyasi avantüristlərin əlində oyuncağa çevirib. Şər, böhtan yolunu seçən Bəybala Hüseynov başa düşmür ki, yaxud başa düşür, ancaq onu başa salanlar bilmir ki,  Bəybalanın xəstə oğlu Emin Hüseynov Türkiyədə vəfat edib. Əgər  cinayət hadisəsi orada baş veribsə, bunu Türkiyədə niyə araşdırmır? Türkiyədəki obyektlərinə lazım olanda təyyarə ilə 2-3 saata ucub çatan Bəybala Hüseynov oğlunun xəstəxanada koma vəziyyətdə olduğunu eşidəndə oraya təcili yox, öz şəxsi maşını ilə bir neçə günə getməsinin səbəbini nə ilə izah edir? Nə üçün  məhz özü Antalyada oğlunu özəl xəstəxanadan dərhal başqa dövlət xəstəxanalarına aparmayıb? Nə üçün burada cinayət hadisəi baş vermişdisə, Azərbaycan səfirliyi dərhal məlumatlandırılmamış, ona bu işin Türkiyə Savcılığında araşdırılması üçün səfirlikdən yardım istəməmiş, oğlunun ölümündən sonra meyidin yerindəcə eskumasiya (yarılmasına) olunmasına nə özü, nə də ailəsi icazə verməmişdir? Hətta meyid Azərbaycana gətirildikdən sonra özünün müraciətləri əsasında Türkiyə tərəfinin təkrar müayinəsinə, eskumasiya edilməsinə, analizlərin Bəybala Hüseynovun iddiasına əsasən yoxlanılmasına etiraz etmişdir!? Çünki  hər şey bəllidi. Emin Hüseynovun xəstəliyini atası əl içi kimi bilir, oğlunun çox yaşamayacağından xəbəri var idi, onu dost-tanış vasitəsiylə dövlət orqanlarının birinə işə düzəltməyə can atan Bəybala Hüseynov oğluna qohumlarından bir gənc qızı almaqla, qohumun qızını da bədbəxt etdi. Oğlunu Baş Prokurorluğa adi kargüzar vəzifəsinə işə düzəltməklə hamını inandırmağa çalışırdı ki, Eminin heç bir problemi yoxdur, o tam sağlamdır, ona tezliklə rütbə veriləcək. Əslində bütün bunlar Bəybala Hüseynovun adları dövlətə, onun rəhbərinə, xalqa qarşı xəyanətdə günahlandırılan bir sıra sabiq və hazırda həbsdə olan məmurlarla gördüyü işlərin izini azdırmaq məqsədindən xəbər verir. O, hələ Badamdar Bələdiyyəsinin sədri olduğu vaxt gördüyü saxtakarlıqların, qanunsuz torpaq  zəbt olmalarının, külli Bələdiyyə vəsaitinin məniməsəyərək sənədlərin yandırılıb ört-basdır etmək üçün cinayət əməllərinin davamını oğlunun xəstəlikdən ölümünü qətl hadisəsi göstərməklə manipulyasiya etmək edir. Artıq, öz incik düşən arkadaşlarıyla birlikdə hər cür avantürist addımlar ataraq ölkəyə, onun məsul vəzifəli şəxslərinə, tədricən dövlət başçısına qarşı bəzi jurnalistləri, hüquq-müdafiəçilərini ələ alaraq əsassız ittihamlar irəli sürülməsinə nail olmağa çalışır. Bu da təsdiq edir ki, ona bu tapşırıq kənardan-xaricdə gizlənən düşmənlərimiz tərəfindən verilir.

Baxmayaraq ki, Türkiyədə bu iş ciddi yoxlanılmış, Bəybala Hüseynovun tutduğu vəkillər Türkiyə Prokurorluğu tərəfindən cavablandırılmışdır. Orada bir şey alınmadığını görən Bəybala Hüseynov Azərbaycanda fəaliyyətini bəzi dövlət məmurlarına böhtan, şər atmaqla davam etdirmiş,  bununla öz istəyinə-yoxlanılmaqda olan, saxta biznesi və çirkli pulların əldə edilməsi faktı üzə çıxarkən bunun oğlunun guya  qətliylə bağlı olması faktını ortaya çıxarır. Özünü təmizə çıxarmaq niyyətiylə bəzi kütləvi informasiya vasitələrində avanturaya əl atır. Bu azmış kimi,  250-dən artıq qohumunun, əlaltılarının, Badamdarda bütün günü çayxanada oturub domino çırpan bekar adamlara bir çaynik çay, bir iki siqaret verməklə imzalarını toplayıb Baş Prokurorluğa onların adından müraciət edir. Mətbuata hay salan Bəybala Hüseynovun bütün naqis əməlləri dövlətə və hüquq mühafizə orqanlarına bəllidir. Hər şeyin vaxtı var, üstü açılacaq. Bir neçə redaksiyanın ünvanını, telefonunu əldə edib onları şantaj edən, müxtəlif çirkli, murdar oyunlar qurmaq, mətbuat vasitəsiylə ictimai rəyə təsir göstərmək, xaricdə və daxildəki düşmənlərin himayəsi altında bir qrup insanı itaətsizliyə, indiki hakimiyyətlə mübarizəyə səsləyən Bəybala Hüseynov və onu dəstəkləyən mətbuat işçilərinə  verilən vəsaitlərin haradan qaynaqlandığı tezliklə dövlət orqanları tərəfindən aşkarlanacaq.

            Bəybala Hüseynov unudur ki, Türkiyənin dövlət başçısı mərhum Turqut Özalın ölümündən bir neçə il sonra onun zəhərləndirilərək öldürülməsi faktı yenidən yoxlanıldı. Bunun üçün meyit eskumasiya olundu və analizlər öz sözünü dedi. Ancaq Bəybala Hüseynov üşaq başı aldadırmış kimi Turkiyə və Azərbaycan Prokurorluğuna oğlunun meyidinin eskumasiya olunmasına etiraz edərək, “guya artıq gecdir, 6 aydan sonra zəhərlənmə faktını təyin etmək olmur, deməsi boş cəfəngiyyatdır”. Bunu özü də bilir ki, oğlu zəhərlənmədən yox, xəstəlikdən ölüb. Türkiyədə nə həkimlər, nə də vəkilləri öyrədib istədiyi rəyi yazdıra bilməyən Bəybala Hüseynov Azərbaycanda müxtəlif vasitələrə əl atır.  Bəybala Hüseynovla bağlı redaksiya müstəqil  təhqiqatlar  aparmış, onunla heç bir  təmas və əlaqələr yaranmasın deyə, saytda öz əlaqə nömrələrini müvəqqəti olaraq gızlətmişlər.

Bugün siz hardasız, əməkdaşlarımız ordadır, iyrənc, çirkli məqsədləriniz bizə bəllidir. Azərbaycan xalqı və dövləti sizin kimi  avantüristləri tezlikllə ifşa edəcək, məqsədləriniz aşkarlanacaqdır. “Saxta profillər”,  “trollar” deməklə, başınız çıxmayan, qanmadığınız terminləri az istifadə edin, Bəybala Hüseynov! Yazdığınız hər cümlə, söz səhvlərlə doludur, sürdüyünüz “Mersedes”in  qabaq şüşəsinə “PRESS” vurmaqla Azərbaycan Jurnalistlərinə, mətbuatına ləkə vurmaqdan çəkinin, düz yola qayıdın, nə qədər ki, gec deyil. Heç olmasa oğlunuzun ruhu qarşısında xəcalət çəkin,Bəybala Hüseynov !

Asif Vasifoğlu

PAYLAŞMAQ:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir