“Nazimin həbsində Dilşad Əmirovanın əli var”

Bu ittihamla “İdeal” qəzetinin təsisçisi və sabiq redaktoru Nazim Quliyevin anası Minurə Quliyeva mətbuata müraciətində bildirib.

Son vaxtlar mətbuatdan gizli istifadə yollarının seçən bəzi məmurlar və iş adamları öz çirkli bizneslərinin leqallaşdırılması üçün müxtəlif vasitələrə əl atırlar. Mətbuatda özlərinə yaxın adamlar tapır, qəzet və jurnallar, saytlar açaraq onlara mane olanlar haqqında müxtəlif yazılar, xəbər və şaiyələr yayırlar. Belə iş adamlarından biri də, gözü dünya malıyla doymayan, «Binə» Ticarət Mərkəzinin direktor müavini, Kəbirə Hüseynovanın sağ əli, Ticarət Mərkəzində bütün məsələlərin həllini əlinə almış Dilşad Əmirlidir. Dilşad Əmirli KQB polkovniki, yazıçı Cəmşid Əmirovun qızıdır. Kobud və yonqar sifəti olan Dilşadın «dilican» dostları çoxdur. İki özünəbənzər qızlarını müxtəlif va­si­tələrlə ərə verən Dilşad Əmirlinin bir neçə restoranı, zapravkası və ticarət obyekt­ləri ona bugün həbsdə olan «İdeal» qəzetinin təsisçisi və baş redaktoru Nazim Qu­liyevin əmlaklarını mənimsəməyə böyük imkanlar açır. Əvvəllər Nazim Quliyevi dövlət məmurlarına, deputatlara, iş adamlarına qısqırdan Dilşad Əmirli onunla seks həyatı da yaşayırmış. Hətta qızının birini də ona ərə vermək istəyirmiş. Nazimlə çoxlu mal-mülk əldə edən Dilşad Əmirli sonradan ondan yaxa qurtarmaq arzusuna düşür. Nazim Quliyevin “28 May”da Badamdarda, Bayılda, Baksovetdəki əmlaklarını Nazim tutulduqdan sonra başlayıb satmağa. Bu işdə Nazimin kiçik qardaşı Bəhruz Quliyev, Nazimin yanında çalışan köhnə işçilər də Dilşada yaxından köməklik edir. Dilşad Əmirli Nazimlə yaxın olan jurnalistləri, onunla intim münasibətdə olan fahişələri ələ alıb Nazimi aradan götürmək üçün bütün vasitələrdən istifadə edir.

Hazırda Nazimin Abşeron rayonunun Mehdiabad kəndində 7 hektarlıq torpaq sahəsini, fermer təsərrüfatını və fermasını ərinin adına saxta yolla özəlləşdirərək 2 milyon manata satan Dilşad Əmirli artıq Nazim Quliyevi həbsxanada öldürtmək üçün killer axtarışındadır.

Bununla da Dilşad Əmirli Nazimlə əzəli düşmən olan Kəbirənin sevimlisinə çevrilib. 2 gün əvvəl Nazimi 15 saylı zonda öldürtmək üçün 50000 ABŞ dolları verən Dilşad Əmirlinin telefon danışıqları da redaksiyaya verilib.

Nazimin anası Minurə Quliyeva dövlətdən bu amansızlığa qarşı kömək istəyir.

Mövzunu davam edəcəyik.

                                                                                   Asif Vasifoğlu

PAYLAŞMAQ:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir