“Tualet kağızı da məşhurdur” – Faiq Ağayev

“Məşhurluq mənim üçün göstərici deyil”.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev deyib. Müğənni sosial şəbəkədə yayımladığı videoda məşhurluğu tualet kağızı ilə müqayisə edib:

“Mağazada iki məşhur məhsul var: biri çörək, digəri tualet kağızıdır. İkisi də çox alınır. Amma yan-yana qoyulmur. Ona görə də məşhurluq vacib deyil. Mənim üçün yaxşı və pis musiqi var”.

PAYLAŞMAQ:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir