“Qardaşıma ev də aldım” – Xatirə

“Qardaşım və gəlinlə foto qoyan kimi tənqid edirlər. Aralarında durub, şəkil çəkdirirəm pis başa düşülür. Yazırlar ki, onların arasından bir çıx”.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam “5/5” verilişində qonaq olarkən deyib. Sənətçi bu yaxınlarda evləndirdiyi qardaşı Turaldan danışıb. O bildirib ki, qardaşı və gəlinləri ilə şəkil qoyan kimi, tənqid edilir:

“Mən yazıq bunları toydan sonra 3-4 dəfə görmüşəm. Elə sözlər yazırlar ki, guya bunlara əziyyət verirəm. Turalın toyunu da mən etdim. Qızılları anam aldı, qalan hər şeyi etdim. Ev də aldım onlara. Qardaşım ali məktəb bitirib, amma işləmir”.

Xatirə “Maşın” şouda qazandığı avtomobili qardaşına bağışladığını söyləyib.

PAYLAŞMAQ:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir