GƏNC İSTEDADLAR LİSEYİNİN MÜƏLLİMLƏRİNDƏN TƏHSİL NAZİRİNƏ MÜRACİƏT

Azərbaycan Respublikasının Təhsil naziri                         cənab Ceyhun Bayramova

 Bakı Dövlət Universiteti nəzdindəki “Gənc istedadlar” liseyinin bir qrup müəllim heyəti adından liseyin Tədris işləri üzrə direktor müavini Çingiz Fərhad oğlu Cəlilovun bəzi yarıtmaz işləri barədə Sizə məlumat vermək istəyirik. Kiçik bir araşdırma aparsanız onun kollektiv arasında heç bir nüfuza malik olmadığının şahidi olarsınız. Çingiz Cəlilovu kollektivdən narazı salan onun Kobudluğu, müəllim etikasına yaraşmayan davranışları, iclaslarda onun “tələblərini ödəməyən” müəllimlərdən başqa, digərlərini aşağılaması və s. hərəkətləridir. Liseyin bir qrup müəllimi verdikləri rüşvət qarşılığında dərslərin cədvəli onların istədiyi şəkildə daxil edilir. Bu da digər rüşvət verməyi özünə yaraşdırmayan müəllimləri narazı salır. Dərs cədvəlində böyük qusurlar var. Dərsin başlamasından az qala 1 ay ötsə də cədvəl tam tərtib olunmayıb, dərslər bir-birilə toqquşur. Yeni direktor təyinatından sonra bəzi vaxtlarda ilin sonunadək davam edən “cədvəl anomallığının” nizama salmağını düşünürdük. Ümidlərimiz boşa çıxmaqdadır. Xahiş edirik bu və digər  məqamları, xüsusən kollektiv arasında yaratdığı ayrıseçkiliyi nəzərə alaraq Çingiz Cəlilov haqqında müvafiq tədbir görəsiz. 
              BDU nəzdindəki “Gənc istedadlar” liseyinin bir qrup müəllimi 

PAYLAŞMAQ:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir