Meyiti yandırılan Nərminin itkin düşməzdən 1 gün əvvəlki görüntüləri – VİDEO

Tovuz rayonunun Dondar Quşçu Kəndində noyabr ayının 21-də kənddəki toydan bir gün sonra itkin düşən və 2 gün əvvəl yanmış meyiti tapılan 10 yaşlı Nərminin görüntüləri nümayiş olunub.

KONKRET.AZ xəbər verir ki, verilişin dünənki buraxılışında Nərminin itkin düşməmişdən bir gün əvvəl iştirak etdiyi toyda rəqs etdiyi görüntülər efirə verilib.

Vəhşicəsinə qətlə yetirilən azyaşlının görüntülərini hər kəs göz yaşları ilə izləyib.

Qeyd edək ki, 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının axtarışları hüquq-mühafizə orqanları ilə yanaşı “Səni axtarıram” proqramında aparılırdı. Xoşqədəm Hidayətqızı azyaşlının tapılması üçün araşdırmalar aparırdı.

Baku.ws

PAYLAŞMAQ:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir