İrandakı təyyarə qəzasında ölənlərlə bağlı daha bir FAKT

İranın paytaxtında qəzaya uğrayan Ukraynaya məxsus “Boeing-737” təyyarəsində ölənlərin kimliyini müəyyənləşdirmək mümkün olmayacaq. Buna səbəb təyyarənin göyərtəsində baş verən yanğındır.

KONKRET.AZ xəbər verir ki, REN TV-nin məlumatına görə, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin Beynəlxalq Əməliyyatlar direktoru Mənsurə Baqeri bəyan edib.

“Qəzadan əvvəl göyərtədə böyük yanğın olub”, – deyə Baqeri vurğulayıb.

Xatırladaq ki, Ukraynaya məxsus təyyarə yanvarın 8-də Tehran aeroportunun yaxınlığında qəzaya uğrayıb. İlkin məlumatlara görə, göyərtədə 167 sərnişin və doqquz heyət üzvü olub.

Qurbanlar arasında İran, Kanada, Almaniya, İsveç, Əfqanıstan və Ukraynadan vətəndaşlar olub.

Oxu.az

PAYLAŞMAQ:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir