İran ordusunun “Şəhid Süleymani” əməliyyatı ilə bağlı BƏYƏNATI

SEPAH-ın İraqda ABŞ hərbi bazasına “Şəhid Süleymani” adlı əməliyyatından sonra İran İslam İnqilabı Keşikçilər Korpusu bəyanat verib.

KONKRET.AZ xəbər verir ki, bu barədə məlumat İran Ordusunun informasiya portalında xəbər dərc edilib.

İran ordusu qeyd edir ki, bu hücum ABŞ-ın iranlı generalın ölümü ilə əlaqədar hərəkətinə cavab olaraq keçirilib.

Ordu bəyan edir ki, Tehran öz qətiyyətli mövqeyini, ABŞ hərbçilərinin regiondan çıxarılması ilə bağlı strategiyanı son addıma qədər icra edəcək.

Qeyd edək ki, ötən gecə İran İslam İnqilabı Keşikçilər Korpusu ABŞ-ın İraqdakı bazası olan Eynül-Əsəd bazasına raketlə hücum edib. İran tərəfi azı 35 raketin atıldığı və 15 hədəfin vurulduğunu bildirir.

PAYLAŞMAQ:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir